Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ölüm-dirim [ölüm-dirim]

1. Ölüm-dirim məsələsi – çox vacib, son dərəcə mühüm, təxirəsalınmaz məsələ. □ ..Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. (M.S.Ordubadi).
2. Ölüm-dirim döyüşü (vuruşu, savaşı, mübarizəsi və s.) – ölməkdən, yox olmaqdan, məhv olmaqdan qurtarmaq üçün aparılan döyüş (vuruşma, savaş, mübarizə və s.). □ Cəngavərlər sinələrini sipər edib ağ gün uğrunda ölüm-dirim döyüşlərinə atılırlar. (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti