Reklam
Reklam

Tarix terminləri lüğəti

omnibus

lat. omnibus – hamı üçün

Sərnişin daşımaq üçün ata qoşulmuş çoxyerli minik vasitəsi; ictimai nəqliyyatın ilk növlərindən biri.

Bu nəqliyyat növündən 1662-ci ildə Parisdə istifadə etməyə başlayıblar. XIX əsrin 20-ci illərində O. Fransa və Böyük Britaniyada, XIX əsrin ortalarında isə digər Qərbi Avropa ölkələri və ABŞ-da geniş yayılıb. Dəmiryol və avtomobil nəqliyyatının yaranması ilə əlaqədar XX əsrin əvvəlində O.-ların istismarına son qoyulub. Hazırda Fransada ekspres və sürət qatarlarından fərqlənən adi sərnişin qatarlarına O. deyilir.

Tarix terminləri lüğəti