Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

onikilik

Hər bəndi on iki misradan ibarət, formaca sabit olmayan, müxtəlif qafiyə quruluşuna malik şeir şəkli.

M.Rahimin “Çəkmə haqqında ballada” şeiri O.-yə nümunə ola bilər:

Çəkmə var, jandarma, polis çəkməsi,

Çəkmə var, küçədən gələndə səsi

Ürəklər evlərdə əsir qorxudan.

Çəkmə var, çoxunu edir yuxudan.

Çəkmə var ki, üzü qan ləkəlidir.

Çəkmə var, olduqca təhlükəlidir.

Çəkmə var ki, əzib xeyli isməti,

Çəkmə var, tapdayıb saf məhəbbəti.

Bu laklı çəkmələr, laksız çəkmələr,

Bu şərəfsiz, azğın, haqsız çəkmələr

Şeir də məhv edir, insan da boğur,

Gündə məhmizindən min bəla doğur...

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti