lat. – operativus – əməli < lat. operari – işləmək
1. Xüsusi əhəmiyyətini və aktuallığını tez itirə bilən, auditoriyaya mümkün qədər sürətlə çatdırılmalı olan məlumat.
Misal: «Vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququ…» («KİV haqqında» qanundan).
2. Hər hansı sistemin, obyektin, icra edilən planın, görülən işin vəziyyəti haqqında ən yeni məlumat.
3. Hüquq-mühafizə, müdafiə, milli təhlükəsizlik orqanlarının keçirdiyi operativ əməliyyatlar nəticəsinə əldə olunmuş məlumat; məs.: terrorizmlə mübarizə sahəsində operativ informasiya mübadiləsi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti