Reklam
Reklam

Tarix terminləri lüğəti

opportunizm

fr. opportunisme < opportunus – hərfi mənası: sərfəli, lazımlı

İkiüzlülük, hər cür şəraitə uyğunlaşma, prinsipsizlik, sazişçilik.

Bu termindən, əsasən, siyasət və politologiyada istifadə olunur. O, bir qayda olaraq, öz siyasi prinsiplərindən qismən, yaxud tamamilə imtina etmiş şəxslərə, təşkilatlara, cərəyanlara aid edilir. Sovet dövründə fəhlə hərəkatı daxilində siniflərin əməkdaşlığı ideyasını dəstəkləyən, inqilabi mübarizə metodlarından və proletariat diktaturasından imtina edən qüvvələr (məs.: menşeviklər) tarixi ədəbiyyatda opportunistlər adlandırılıb.

Tarix terminləri lüğəti