lat. oraculum < oro – deyirəm, xahiş edirəm
Qədim dövrdə yunanlarda, romalılarda və Şərq xalqlarında ilahi qüvvənin adından kahinin bəyan etdiyi öncəgörmə.
Öncəgörmənin bəyan edildiyi yerə də O. deyilib; məs.: Fivdə Amonun, Dodonada Zevsin, Delfdə Apollonun O.-ları. Müasir ədəbiyyatda isə ilahi qüvvənin niyyətini qabaqcadan duyub xəbər verən kahin özü O. adlandırılır. Məcazi mənada bütün mülahizələrini mütləq həqiqət kimi söyləyən şəxsə də O. deyilir.
Tarix terminləri lüğəti