Hərbi və ya mülki xidmətlərə görə dövlət tərəfindən verilən müxtəlif dərəcəli və adlı fərqlənmə nişanı. □ “İstiqlal” ordeni. Ordenlə təltif etmək.
1. Katolik kilsəsinin müəyyən məramnaməsi olan rahib və ya rıtsar-rahib icması; təriqət. □ Dominikan ordeni.
2. Bəzi gizli birliklərin, cəmiyyətlərin adı. □ Mason ordeni.
Azərbaycan dilinin izahlı lüğəti