fr. ordonnances < ordonner – əmr etmək
1. Fransa və İngiltərədə kral fərmanları.
O.-ların tarixi Fransada XII əsrin II yarısından başlanıb, XV əsrdə isə bu fərmanlara qanun qüvvəsi vermək üçün onların parlamentdə qeydiyyatdan keçirilməsi ənənəsinin əsası qoyulub. Belə fərmanlar Böyük Fransa inqilabına kimi, sonra isə restavrasiya dövründə (1814–1830) verilib. İngiltərədə isə O. XIII əsrin II yarısında meydana çıxıb və statutla müqayisədə ikincidərəcəli əhəmiyyətə malik olub. Yalnız 1537-ci ildə İngiltərə parlamenti onların statutlara bərabər tutulması haqqında qərar qəbul edib.
2. Bir sıra dövlətlərdə (Fransa, İsveçrə, Rumıniya və s.) ali qanunverici, habelə icraedici orqanların hüquqi aktları.
Tarix terminləri lüğəti