Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oturacaq [oturacax] isim

1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. □ Maşının oturacağı.
2. Stul, kürsü və s.-nin oturulan yeri. □ Bir az gəzişəndən sonra oturacağa oturdular.
3. Bir tikilinin özülünü təşkil edən, yerdə duran alt hissəsi; özül, əsas, altlıq. □ Binanın oturacağı. Heykəlin oturacağı. Stulun oturacağı.
4. Riyaziyyat. Həndəsi fiqurun yerə dirənən aşağı hissəsi. □ Konusun oturacağı.

Azərbaycan dilinin izahlı lüğəti