Reklam
Reklam

Məsəllər, deyimlər

OX ATMAQ

►Hər hansı məqsədini, düşündüyünü, istək və mətləbini birbaşa deyil, işarə ilə bildirmək.

İfadə buşmen tayfalarında tarixən yayılmış oxatma ənənəsi ilə bağlı yaranmışdır.

Səhrada yaşayan buşmenlər yetkinlik dövrünә çatıb özlәrinə sevgili seçdikdә ona çiçәk göndərmir, heç odlu-alovlu serenada da oxumurlar. Gәnclәr ən əvvәl antilop buynuzundan balaca, on santimetrdən dә kiçik bir hissə kəsib ondan zərif ox-yay düzəldirlər. Dәdә-baba qaydası ilә gizli şəkildә ovsunlu maye düzәldib oxların ucuna sürtürlər. Bundan sonra oğlan öz silahını götürüb istədiyi qızın ardına düşür və ona ox atır, çalışır ki, atdığı ox qızın belinə dəysin. Qız oxu bәdənindən çıxarıb əsəbiliklә sındıraraq kənara atarsa, deməli, onun bu oğlana meyli yoxdur və onu rәdd edir. Әgər qız oxa dәymirsə, onu belindә saxlayır və narazılığını bildirmirsә, demәli, oğlanı qәbul edir.

Dilimizdə geniş miqyasda işlənәn «ox atmaq» poetik ifadəsi də, әslində, bu göstərilәn qədim Şərq adәti ilə әlaqədardır. Bu ifadə ilə yanaşı, dilimizdə «oxu atıb yayını gizlətmək» deyimi də işlənir.

Məsəllər, deyimlər