Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oynaq1 [oynax] sifət

1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. □ O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf! (A.Şaiq).

2. Oynağan, şux. □ Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. (C.Cabbarlı).
3. Məcazi mənada: şux, şən, gümrah; cilvəli, işvəkar, şux. □ Həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq nəşə saçırdı. (Y.V.Çəmənzəminli).
4. Məcazi mənada: ifadəli, təsirli, canlı; danışığa, sözə, üsluba yüngüllük, oynaqlıq, gözəllik verən. □ Oynaq dil. Oynaq ifadələr.

oynaq2 [oynax] isim

Anatomiya. Buğum, məfsəl.

oynaq3 [oynax]

Bax: oylaq.

Azərbaycan dilinin izahlı lüğəti