Orta əsrlərdə qərbi monqol tayfalarının (derbet, bait, torqut, xoşun və s.) ümumiləşdirici adı.
O. XIII əsrdə Çingiz xana qarşı çıxsalar da, sonradan onun hakimiyyətini qəbul ediblər. XVII əsrdə O.-ın bir hissəsi Çinin qərbinə – Kukunor gölü ətrafına, digər hissəsi isə Rusiya imperiyası ərazisinə – Volqa çayının aşağı axarına köçüblər (sonralar kalmık adlanıblar). Onların üçüncü hissəsi isə Oyrat xanlığının (XVII–XVIII əsrlər) əhalisinin əksəriyyətini təşkil edib. O. monqolların digər qrupları ilə qaynayıb-qarışdıqları üçün hazırda bu termin praktik olaraq sıradan çıxıb.
Tarix terminləri lüğəti