1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. □ Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu.
2. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. □ Şahmat oyunu. Basketbol oyunu.
3. Görüş, yarış, matç. □ Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır.
4. Rəqs. □ Oyun havası. Vağzalı oyunu.
5. Məcazi mənada: hoqqa, kələk, fənd, fırıldaq, hiylə. □ Bu qədər oyun olmaz ki, Səfər bəy bizim başımıza gətirir. (B.Talıblı).
6. Müəyyən rolu oynama, ifa eləmə. □ Artistin oyunu tamaşaçıların xoşuna gəldi.
Həmçinin bax: