1. Oyulmuş yer; mağara, kaha. □ Qayaların oyuğunda yuva salar kəsəyənlər. (O.Sarıvəlli).
2. Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik; çuxur, çala. □ Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi. (S.S.Axundov).
3. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş; gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş. □ Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. (A.Şaiq).
4. Divarda pəncərə, qapı və s.-nin yeri. □ Pəncərə oyuğu.
Quşları, heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuq. □ Yolun üst tərəfi qoruq idi. Bir neçə yerdə oyuq qoyulmuşdu. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti