lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
Kraterindən vaxtaşırı, yaxud fasiləsiz olaraq palçıq və qaz püskürən konus formasında təpə.
Bu təpə bəzən bir neçə yüz metr hündürlüyə malik olur. Əksər hallarda palçıqla qarışıq yerdən su və neft də çıxır. P.V.-ları neft yataqları olan ərazilərdə və vulkanik sahələrdə geniş yayılıb. P.V.-larının mənşəyi haqqında ilk dəfə alman geoloqu Herman Abix fikir söyləyib. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 340-dan çoxu Azərbaycanda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində P.V.-ları aşkar edilib. Brom, yod, bor, azotla zəngin olan vulkan palçığından müalicə məqsədləri ilə istifadə edilir.
Coğrafiya terminləri lüğəti