Əhəməni və Sasani imperiyalarının sərhədləri çərçivəsində “Böyük İran” dövlətinin yaranması ideyasına söykənən, XIX əsrin II yarısında əsası qoyulmuş ideoloji-siyasi nəzəriyyə.
P.-in xarici siyasətdə ilk ciddi təzahürü İran hökumətinin Paris sülh konfransına (1919–1920) verdiyi memorandum olub. Həmin sənəddə Qafqaz, Orta Asiya, Əfqanıstan və s. ərazilər İranın “tarixi vilayətləri” elan edilib və onların öz “qanuni sahibinə” – İrana qaytarılması məsələsi qaldırılıb. P. sonralar Pəhləvilər sülaləsinin (1925–1979) rəsmi ideologiyasına çevrilib. Pəhləvilər dövründə İranda qeyri-farslara, o cümlədən Azərbaycan türklərinə qarşı yeridilən siyasətin əsasında məhz P. ideologiyası durub.
Tarix terminləri lüğəti