1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı; parçası, tikəsi. □ .. kəsdiyi almanın parasını Güllüyə uzatdı.. (B.Bayramov).
2. Məcazi mənada: obrazlı təşbehlərdə yarısı, parçası. □ Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Birgüllü mağarası. (Bayatı).
3. Bir para şəklində – bəzi, bəzisi. □ Bir para şəxslər. Bir para məsələlər.
4. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir. □ ..Azərbaycan və Mazandaranda altmış para kəndiniz var... (M.İbrahimov).
Pul. □ Qaradır, amma paradır. (Atalar sözü).
Həmçinin bax: