yun. paradoxos – gözlənilməz, qəribə
1. Gerçəklikdə mövcud olan, lakin məntiqi baxımdan izahı tapılmayan fakt, vəziyyət.
2. Gözlənilməz, ümumi təsəvvürlərə, ənənələrə uyğun gəlməyən iddia, hərəkət.
3. Məntiqi cəhətdən ayrılıqda düz olan iki və ya daha çox fikri, faktı bir araya gətirdikdə yaranan ziddiyyət.
Yarımifik yunan filosofu Kritli Epimenidesin (e.ə. VII–VI əsrlər) “Bütün kritlilər yalançıdır” ifadəsi (Epimenides paradoksu) tarixə məlum olan ilk paradoks sayılır. Epimenidesin Kritdən olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət təşkil edir.
4. Bir-birinə zidd iki işin eyni vaxtda görülməsi, iki fikrin yanaşı səsləndirilməsi.
Jurnalistika terminləri lüğəti