fr. paraphe – qısa imza, qrif
Beynəlxalq müqavilənin (sazişin) onu hazırlayanlar tərəfindən ilkin imzalanması.
P. müqavilə layihəsinin hər bir səhifəsində tərəflərin nümayəndələrinin inisiallarının qoyulmasını nəzərdə tutur. Bu, müqavilənin bağlanması prosesinin heç də məcburi mərhələsi deyil və yalnız ümumi istək əsasında həyata keçirilir. P.-dan sonra da layihəyə əlavə və dəyişikliklər edilə bilər. Müqavilə (saziş) dövlətin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və dövlətin qanunvericilik orqanında ratifikasiya olunduqdan sonra hüquqi qüvvəyə minir.
Tarix terminləri lüğəti