Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

parazit [parazit] isim yunan

1. Biologiya. Başqa bir orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki və ya heyvan; tüfeyli.

2. Biologiya. Bit, birə, taxtabiti, gənə kimi həşərat haqqında. □ Parazitlərlə mübarizə.

3. Məcazi mənada: istismarçı, müftəxor, başqasının əməyi hesabına yaşayan adam; tüfeyli. □ Parazitin biridir.

Azərbaycan dilinin izahlı lüğəti