Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

parça1 [parça] isim

1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. □ Kağız parçası. Odun parçası.

2. Tullantı, qırıntı. □ Şüşə parçaları.

3. Bir əsərin, çıxışın müəyyən hissəsi. □ Musiqi parçası.

4. Bir parça şəklində – bir az, bir tikə, bir qırıq. □ Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü. (Mir Cəlal).

parça2 [parça] isim

Toxunma mallar çit, bez, mahud və s.; arşınmalı. □ Ağır sandıq seçmə parçalarla dolu idi. (Mir Cəlal).

Həmçinin bax:

frazeologizm: ay parçası frazeologizm: bir parça əppək olub göyə çəkilmək frazeologizm: od parçası say: bir parça Azərbaycan dilinin izahlı lüğəti