Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

parlaq [parrax] sifət

1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı; işıqlı, ziyadar. □ Parlaq günəş.

2. Şəffaf və bərraq, parıldayan, bərq vuran, saf. □ Parlaq şeh. Parlaq şüşə. Parlaq su.

3. Məcazi mənada: çox gözəl, əla, çox görkəmli, unudulmaz,əvəzsiz. □ Parlaq istedad. Parlaq sima.

4. Məcazi mənada: çox böyük, müvəffəqiyyətli, şanlı. □ Parlaq qələbə. Parlaq nailiyyət.

5. Məcazi mənada: möhtəşəm, təntənəli, calallı, büsatlı. □ Parlaq ziyafət.

Azərbaycan dilinin izahlı lüğəti