Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

partlayış [partdayış] isim

1. Partlama işi; partlama. □ Mərminin partlayışı. Bomba partlayışı.

2. Fəlsəfə. Hər hansı bir hadisənin, antaqonistik ziddiyyət əsasında köhnə keyfiyyətdən yeni keyfiyyətə sıçrayışvarı keçməsi formalarından biri.

3. Dilçilik. Səsləri tələffüz edərkən qapanmış nitq üzvlərinin aralanması nəticəsində hava axınının ani olaraq çıxması.

4. Məcazi mənada: baş vermə, həyata keçmə; olma. □ İnqilabi partlayış.

Həmçinin bax:

coğrafiya: demoqrafik partlayış Azərbaycan dilinin izahlı lüğəti