Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

pasiban fars

1. Qarovulçu, keşikçi, nəzarətçi.

2. Məcazi mənada: hami, himayəçi.

Dastanlarda hər iki mənada işlənir.

Xəzangül sözünə siz deyin bəli,

Az qalıb səhərə, əsir dan yeli.

Bilər pasibanlar düşmənlər gəli,

Salallar bizləri bəndə, xoş gəldin.

                          (“Dilsuz və Xəzangül”)

                               *

Pəri xanım özünü tez Qurbani olan otağa salıb dedi:

– Zalım cəlladlar, niyə bunu döyüb öldürürsünüz?! Onun məgər pasbanı yoxdu? Siz Allahı məgər sevmirsiniz? (“Qurbani”)

Azərbaycan dastanlarının leksikası