Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paskvil

alm. pasquill, ital. pasquillo

Hər hansı şəxsi, partiyanı, hərəkatı rüsvay etmək məqsədilə yazılmış böhtan və iftira xarakterli əsər.

P. termini yüksəkrütbəli mənsəb sahiblərinə kəskin epiqramlar yazmış romalı başmaqçı Pasquinonun (XV əsr) adından götürülüb. XVI әsrdә Romada yarısı qırılmış qədim heykәllәrdәn birinә onun adı verilmişdi. Həmin dövrdə günün əhvalatları satirik şeir şəklində yazılır və bu heykәlin pyedestalına yapışdırılırdı. P. mahiyyәt etibarilә tәhqiramiz həcvlәrә yaxındır. Müəyyən xüsusiyyətlərinə görə pamfletə oxşayır, lakin tənqidi ruhu və üslubu baxımından onun daha ifrat formasıdır; burada tənqid çox zaman təhqirə keçir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti