Reklam
Reklam

Etimologiya lüğəti

paslanmaq

Güman ki, sözün kökü (pas) farscadan alınmadır, çünki türk dillərində onun əvəzinə tutuq kəlməsi işlədilib. Paxır (əsl mənası “mis” deməkdir) sözü də alınmadır və “pas”la sinonimdir. Pas oksidləşmə nəticəsində dəmirin üstündə əmələ gələn təbəqədir. Pasaq (çirk, kir) sözü də buradan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti