Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pavilyon [pavilyon] isim fransız

1. Bağlarda, parklarda və s.-də hər hansı bir məqsəd üçün tikilənkiçik yüngül tikili. □ Su pavilyonu. Gül pavilyonu.

2. Sərgidə eksponatları yerləşdirmək və nümayiş etdirmək üçün müvəqqəti və ya daimi bina. □ Pavilyona gələnlər sərgi haqqında çoxlu yaxşı və səmimi sözlər deyirlər.

3. Kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya. □ Filmin pavilyonda çəkilmiş kadrları.

Həmçinin bax:

jurnalistika: pavilyon çəkilişi Azərbaycan dilinin izahlı lüğəti