Ayaq altına döşənən ensiz, uzun xalça.
Dastanlarda payandaz, pəyəndaz şəklində də işlənir.
Padşah bu əhvalatı eşidən kimi əmr etdi, öz imarətindən qalaçaya qədər payandaz düzüldü, sonra dedi... (“Sam şahzadə”)
*
Qalx ayağa, gör nə fikir elərsən,
Gələn cəlladlar da bu cana gələr.
Üz qoyubdu yollarına payəndaz,
Sər götürüb, mərdü mərdana gələr.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası