Reklam
Reklam

Tarix terminləri lüğəti

peonaj

fr. péonage < isp. peon – günəmuzdçu, muzdur

Bilavasitə istehsalçının (əsasən, kəndlilərin) feodal-təhkimçilik istismarı forması.

Belə istismar forması istehsalçının mülkədardan, yaxud sahibkardan güclü asılılığı olan irsi borcluya – peona çevrilməsinə əsaslanıb. P. XVI əsrin II yarısında Amerikadakı İspaniya müstəmləkələrində yaranıb, XVII–XVIII əsrlərdə isə Latın Amerikasında geniş yayılıb.

Tarix terminləri lüğəti