1. Quş tükü.
2. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). □ Mənim şahinim də pərü balını; Gərir üfüqlərə ehtişam ilə. (M.Rahim).
3. Balıqlarda üzməyə məxsus üzvlər, pərək, qanad. □ Suyun şəffaflığından dənizin dibi görünürdü:... üz-üzə pərlərini geniş açıb oynaşan balıqlar... (M.Süleymanov).
4. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı; dəyirman çarxının üzərinə su tökülüb hərəkətə gətirilən hissəsi. □ Yeldəyirmanın pəri. Ventilyatorun pəri. Təyyarənin pəri.
Azərbaycan dilinin izahlı lüğəti