1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarma-qarışıq, dağınıq. □ Direktor masanın üstündə pərakəndə halda olan kağızları nizama saldı. (Q.İlkin).
2. Sifət kimi: bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarma-qarışıq, dağınıq.
3. Dağınıq, pərişan. □ ...pərakəndə halda çiyninə səpilmiş uzun şabalıdı saçları, ... Səlimi məst edirdi. (H.Seyidbəyli).
4. Sifət kimi: dağınıq, pərişan. □ ...Mixailin pərakəndə saqqalı karıxmış Gön Çərkəzin inamını artırırdı. (B.Bayramov).
Həmçinin bax: