Dairə çəkmək və çertyojlarda xəttin uzunluğunu ölçmək üçün ikiqollu alət; sirkul. □ Pərgarla dairə çəkmək.
Bacarıqlı, bacaran, usta. □ Deməyə, danışmağa pərgarsan, ancaq əlindən bir iş gəlmir. (B.Bayramov).
Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti. □ Evimizə ozan gəlibdir; Pərgar pozan gəlibdir; Gündüz olan işləri; Gecə yazan gəlibdir. (Bayatı).
Astronomiya. Göyün Cənub yarımkürəsində bürc.
Həmçinin bax: