Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

perifraz

yun. peri – ətraf + yun. phrasis – ifadə

Bir anlayışın eyni məna verən, ­ya­xud onun əsas xüsusiyyətlərini əks etdirən sözlərlə, ifadələrlə əvəz olun­ma­sı.

P. – ob­yektin adı birbaşa çəkilməmək şərti ilə onun təsviridir: «Azərbaycanım» əvəzinə «Odlar yurdum mənim», «mən» yerinə «bu sətirlərin müəllifi» yazıl­ma­sıdır. Çox zaman bir sözü işlətmək is­tə­mə­yəndə də P.-dan istifadə olunur: mə­sələn, «arva­dım» yox, «bizim uşaqların anası» deyilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti