1918–1922-ci illərdə Ukraynada millətçi hərəkat.
Hərəkata S.Petlyura (1879–1926) başçılıq edib. Ukraynanın bolşevik əsarətindən azad edilməsi və müstəqil dövlətə çevrilməsi P. hərəkatının əsas məqsədi olub. Ukraynada sovet hakimiyyəti qurulduqdan sonra da, 1921–1922-ci illərdə hərəkat üzvləri ölkə ərazisində rus işğalçılarına qarşı silahlı mübarizəni davam etdiriblər.
Tarix terminləri lüğəti