Reklam
Reklam

Tarix terminləri lüğəti

peyğəmbər

fars. pəyambər < pəyam – xəbər, sifariş + bər – aparan, gətirən

Fövqəltəbii, yaxud ilahi qüvvələrlə ünsiyyətə girərək onlarla insanlar arasında vasitəçi funksiyasını yerinə yetirən, Allahın göstərişlərini insanlara çatdıran və bu baxımdan ilahi iradənin müjdəçisi olan mömin şəxs.

İslam təliminə görə, P. Allahın yerdə rəsulu (elçisi) sayılır. İlk vaxtlar qədim Fələstində Allahın adından gələcəyi xəbər verən vaizlər, e.ə. VIII əsrdən isə həm də dini-siyasi natiqlər P. adlandırılıblar. İslam dini Tövratİncildəki P.-lərin əksəriyyətinə ərəb adları verərək iudaizm və xristianlığın bu möminlər haqqında təsəvvürlərini bütövlükdə qəbul edib.

Tarix terminləri lüğəti