Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

pilək1

Ağdam, Ağdaş, Ağdərə, Cəbrayıl, Cəlilabad, Gəncə, Xocalı, Quba, Masallı, Şuşa, Yardımlı

Düymə.  Pilək də de:rik, düymə də (Ağdam); Sə:n pencəyinin üş piləyi var (Ağdərə); Balınca beş pilək lazımdı (Gəncə); Pencəyin piləgi qırılıb (Yardımlı).

pilək2

Qazax

Qadın paltarında bəzək kimi istifadə olunan pul. □ Piləyi varrılar düzürdülər donnarına.

Azərbaycan dilinin dialektoloji lüğəti