1. Riyaziyyat. Oturacağı çoxbucaqlı və ya üçbucaqlı; yanları isə üçbucaqlı olan həndəsi cisim. □ Dördbucaqlı piramida. Piramidanın yan üzləri.
2. Tarix. Qədim Misir fironlarının həmin şəkildə iri daşlardan qurulmuş çox nəhəng məqbərəsi.
3. Həmin şəkildə üst-üstə yığılmış (qalanmış) şeylər qrupu. □ Bu taxta və sementi səhrada geodeziya piramidaları tikən inşaat briqadalarına göndərirlər. (Ə.Sadıq).
4. Sirkdə adamların bir neçə sıra bir-birinin üstündə durmasından ibarət gimnastik və ya akrobatik fiqur.
5. Bilyard oyununda oyunun başlanğıcında üçbucaq şəklində düzülən şarlar. □ Şarları piramida düzmək.
Həmçinin bax: