Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

piyada [piya:da] zərf fars

1. Miniklə deyil, ayaqları ilə. □ Piyada yola düşmək. Piyada yollanmaq.

2. Sifət kimi: ayaqla gedilən, ayaqla icra edilən. □ Piyada marş. Piyada kross.

3. İsim kimi: miniklə yox, öz ayaqları ilə gedən adam. □ Piyadalar üçün keçid.

4. İsim kimi: piyada hərəkət edən və döyüşən qoşun növü; həmin qoşunda xidmət edən əsgər. □ Piyadada xidmət etmək. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. (Ə.Vəliyev).

5. İsim kimi: şahmat oyununda dəyərcə ən aşağı fiqur. □ Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq.

6. Sifət kimi məcazi mənada: kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. □ Piyada adam.

Həmçinin bax:

frazeologizm: mən atlı olmuşam, o, piyada frazeologizm: o, atlı olub, mən piyada frazeologizm: padşahın piyada getdiyi yer Azərbaycan dilinin izahlı lüğəti