Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

piyalə [piya:lə] isim fars

1. Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. □ Su piyaləsi.

2. Ağzı gen, dibi dar balaca içki qabının çay içmək üçün olan növü. □ Piyaləyə çay tökmək.

3. Müxtəlif obrazlı təşbehlərdə gözəlin gözləri, dodaqları və s. ağzı gen, dibi dar balaca içki qabına bənzədilir. □ Qaşının tağında piyalə gözlər; Yeni ay qoynunda ulduza bənzər. (A.Şaiq).

Azərbaycan dilinin izahlı lüğəti