fr. planchette – hərfi mənada: taxta lövhəcik
1. Kiçikölçülü, notbukların və smartfonların bir çox keyfiyyətlərini özündə birləşdirən çoxfunksiyalı kompüter.
P.-in notbukdan fərqi onun yüngüllüyündə, qatlanmamasında və ayrıca klaviaturasının olmamasındadır.
2. Verilənləri və qrafik təsvirləri kompüterə klaviaturasız daxil etmək üçün lövhə formasında qurğu.
Belə qurğulara qrafik P. deyilir. Verilənlər və təsvirlər qrafik P.-in üzərinə xüsusi «qələm»lə həkk olunur və siqnallara çevrilərək kompüterə ötürülür.
3. Fotoşəkilləri çap etmək üçün dördkünc lövhə şəklində qurğu.
Bu qurğunun üzərində ölçülərini böyütmək, yaxud kiçiltmək mümkün olan çərçivə bərkidilir və işığahəssas təbəqəyə malik fotokağız onun içində yerləşdirilir.
4. Nəşriyyat sistemlərində – təsviri kompüterə daxil etmək üçün koordinatları göstərən xüsusi qurğu ilə təchiz olunmuş yastı lövhə.
Jurnalistika terminləri lüğəti