Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

polifoniya

yun. poly – çox + phone – səs; hərfi: çoxsəslilik

Eyni vaxtda səslənən bir neçə bərabərhüquqlu və müstəqil bədii əhəmiyyətli melodik xətləri cəmləşdirən çoxsəslilik.

P.-da uzlaşdırılan səslər intonasiya və ritm baxımından müxtəlif olub vurğularına, kulminasiya, dinamika və tembrinə görə fərqlənir. Bədii əsərlərdə P. elə bir mətndir ki, həmin mətndə müəllif səsi ilə bərabər, başqa səslər də səslənir. Həmin səslər müəllif səsi ilə qarışaraq aralarında mürəkkəb dialoji münasibətlər yaradır. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında müəllifin “Şah İsmayılla bağlı mətnlə Qorqudun mətni arasında bir uyğunluq, gizli də olsa bir əlaqə vardır, yoxsa?..” öz-özünə verdiyi sualı oxucu da əsəri oxuyarkən verir. Suala cavabı müəllifin özü verir. Bu cavabı müəllifin daxili dialoqu kimi də dəyərləndirə bilərik. Musiqi termini P.-nı bədii mətnin təhlilinə ilk dəfə M.M.Baxtin gətirmişdir. P. səsi romanda yalnız öz adından deyil, həm də ayrı-ayrı qəhrəmanların adından təhkiyə aparmağa imkan verir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti