fr. Porte, ital. Porta – hərfi mənası: qapı, darvaza
Avropa ədəbiyyatında və diplomatik sənədlərdə Osmanlı dövlətinin hökumətinə verilmiş rəsmi ad.
Bu termin türkcə “paşa qapısı” ifadəsinin Avropa dillərinə səhv tərcüməsi nəticəsində yaranıb. Tarixi ədəbiyyatda və diplomatik yazışmalarda “Osmanlı P.-sı”, “Yüksək P.” (La Haute Porte), “Möhtəşəm P.” (La Sublime Porte) kimi ifadələrə rast gəlinir. Bəzənsə P. termini yanlış olaraq bütövlükdə Osmanlı dövlətinə şamil olunur.
Tarix terminləri lüğəti