Bəzi iri heyvanların balasına pota deyirlər. Mənbələrdə bu söz “bala”, “dəvə balası” kimi şərh olunub. Süddən ayrılmış balaya isə potuq (botuq, qoduq) deyiblər. Görünür, pota və qoduq tarixən qohum sözlər olub. Bu söz Qırğız dilində “bala” (uşaq) deməkdir. “Kiçik” (bala) anlamını əks etdirən sözlər çoxdur: çocuq, uşaq, ufaq, küçük, çoşqa, quzu, oğlaq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti