lat. pro – əvvəlcədən, uyğun + lat. filum – cizgi, sap
1. Kompüter sistemində qeydiyyat yazısı, istifadəçi haqqında məlumatlar toplusu.
İstifadəçinin P.-i kompüter ekranının görünüşünü müəyyənləşdirmək, əməliyyat sistemlərində dəyişikliklər etmək, istifadəçinin qovluqlarda saxlanılan fayllarına giriş icazəsi almaq üçün fərdi qaydada nizamlanan parametrlərin cəmindən ibarətdir.
2. Sosial şəbəkələrdə istifadəçinin şəxsi (fərdi) səhifəsi.
İstifadəçinin P.-inə onun «vizit kartı» da deyilir. Burada istifadəçi haqqında məlumatlar, onun şəkli, şəbəkə ünvanları və s. yerləşdirilir.
3. Müəyyən bir peşəni, ixtisası səciyyələndirən xüsusiyyətlərin, tipik cəhətlərin cəmi.
Məsələn, jurnalistin P.-i onun ixtisaslaşdığı sahə, mövzu üzrə müəyyənləşdirilə bilər.
4. Hər hansı şəxs, onun həyatı, fəaliyyəti, xarakteri haqqında internetdə yerləşdirilmiş hekayət.
P. – sosial jurnalistikanın janrlarından biridir. Adətən, belə hekayətlərdə P. qəhrəmanının öz fikirləri, baxışları ilə bərabər, onu tanıyan adamların da rəyləri yer alır. Bəzən P. qəhrəmanla söhbət formasında da qurulur.
5. Kadrda, rəsmdə, fotoşəkildə başın, sifətin yandan görünüşü.
6. Hər hansı şəxsin, yaxud əşyanın qısa yazılı təsviri, yaxud görünüşünün konturları.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti