Reklam
Reklam

Tarix terminləri lüğəti

proletariat diktaturası

Marksizmə görə, fəhlə sinfinin sosialist inqilabı nəticəsində bərqərar olan hakimiyyəti.

Marksizmin baniləri sosialist inqilabından sonra fəhlə sinfinin cəmiyyətdə və dövlətdə hakim mövqe tutmalı olduğunu nəzərə alaraq bu hakimiyyəti belə adlandırıblar. P.D.-nın əsas məqsədi kimi sosializm cəmiyyətinin qurulması və kommunizmə keçidin hazırlanması bəyan edilib. Lakin SSRİ və digər sosialist ölkələrinin təcrübəsi göstərir ki, P.D. reallıqda kommunist partiyasının rəhbər təbəqəsinin cəmiyyət üzərində sərt və amansız diktaturasına çevrilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti