yun. programma – elan, göstəriş
1. Efirə gedəcək televiziya və radio verilişlərinin müəyyən müddət üçün ardıcıllığının, efir vaxtının (gün, saat) və həcminin qabaqcadan müəyyənləşdirilməsi.
2. Poqramların tərtib olunması üsul və qaydalarını öyrənən elmi istiqamət, informatikanın bir sahəsi.
3. Kompüterlər, digər elektron avadanlıqlar üçün proqramların tərtib edilməsi prosesi.
4. Sistemin qarşıya qoyulan vəzifələri yerinə yetirməyə və yarana biləcək problemləri həll etməyə köklənməsi, əvvəlcədən buna hazırlanması.
Məsələn, P. yolu ilə kameranın müəyyən vaxtda işə düşməsini, iş rejimini dəyişdirməsini, yaxud çəkilişi dayandırmasını təmin etmək olar. Bu mənada P. ifadəsi məcazi formada insanlara, insan qruplarına da aid edilir; məs.: insanın zehnini istəyə uyğun olaraq proqramlaşdırmaq.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti