Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

püfkürmək

Püfləmək, ağıza doldurulmuş havanı və s. birdən buraxmaq. (“Koroğlu” dastanının lüğəti)

Bir igid istərəm yayımı əyə,

Qoç igidlər kəllə qalxana dəyə,

Çeynərəm dəmiri, püfkürrəm göyə,

Alaqarlı Çəmlibellərim vardı.

                    (Paris nüsxəsi, 6-cı məclis)

*

Mərd igidin zatın bülləm,

Müxənnət üzünə gülləm,

Dəmir çeynərəm, püfkürrəm,

Mən Koroğluyam, Koroğlu.

                    (Paris nüsxəsi, 5-ci məclis)

Azərbaycan dastanlarının leksikası