Reklam
Reklam

Etimologiya lüğəti

pul

Əsli yunan dili ilə bağlıdır, bizə fars dilindən keçib, dəyərinə görə tengənin beş­də birinə bərabər olub. Tengə isə türk sözüdür, “dəmir” deməkdir. Belə bir deyim də olub: dul qalanın təngəsi pul olar (yəni “dəyəri beş dəfə aşağı düşər”). Başqa deyim də olub: kasıbın arvadı dula, axçası pula bənzər. Türk dillərində təngə ilə yanaşı, yarmaq sözü də işlədilib, kəsməklə bağlıdır (rus dilində də рубльрубить kökdaş sözlərdir). Qızıl Orda dövründə, yəni XIII-XV əsrlərdə pul misdən kəsilmiş sikkələrə (bu, ərəbcədir) deyilib. Qaratikan kolunda, balıqlarda da pullar olub. Görünür, mis sikkələrlə bunların zahiri oxşarlığı əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti