Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

punktuasiya

lat. punctum – nöqtə

Dildə mövcud olan durğu işarələri sistemi və yazıda onlardan istifadə qaydaları.

Punktuasiya cümlənin sintaktik quruluşunu və intonasiya xüsusiyyətlərini əyaniləşdirir, yazılı mətnin rahat qavranmasına və düzgün, ifadəli oxunmasına xidmət edir. Cümlə ilə bağlı olduğuna görə punktuasiya dilciliyin sintaksis bölməsi ilə əlaqədə oyrənilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti