►Qəti qərara gəlmək, nəyi isə aydınlaşdırmaq, qeyri-müəyyənliyə son qoymaq.
İfadə birbaşa püşk atmaq adəti ilə bağlıdır.
Püşk atmaq adəti isə tarixdən əvvəlki dövrlərə gedib çıxır və əksər xalqlarda mövcuddur. Onun əsasında belə bir inam dayanır ki, püşk vasitəsilə müəyyən olunan nəticə Allahın istəyidir. İnsanlar belə düşünürdülər ki, hər hansı məsələdə püşk atmaq təkcə nəyi isə aydınlaşdırmır, həm də tərəddüdlərə, qeyri-müəyyənliklərə son qoyur və qəti qərarı ortaya çıxarır.
«Püşk atıldı – şübhə və qərarsızlığa son qoyuldu». Bu sözləri (lat. Alea jacta est) e.ə. 49-cu ildə qədim İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçərkən Yuli Sezar işlətmişdi.
Müasir dövrdə püşk atmaq ənənəsi daha çox idman yarışlarında yaşamaqdadır.
Məsəllər, deyimlər